Azərbaycanda aqrar sektor 4%-ə yaxın böyüyüb

  • 11 Mart, 2020 11:51
Azərbaycanda aqrar sektor 4%-ə yaxın böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 656,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.

"Finans.az" xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,6% çoxdur.

Ötən 2 ayda ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 2,7% artaraq 27,4 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,2% artaraq 629 milyon manat təşkil edib.


Mənbə: report.az