Azərbaycanda 2 ayda 176 avtomobil istehsal edilib

  • 16 Mart, 2019 12:10
Azərbaycanda 2 ayda 176 avtomobil istehsal edilib

2019-cu ilin 2 ayı ərzində ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 34,5 milyon manatlıq məhsul istehsal edilib.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 3 dəfə və maşın və avadanlıqların istehsalı 80,8% artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 4.5% azalıb.

Dövr ərzində 288 ədəd traktor, 176 ədəd minik avtomobili istehsal olunub, fəvvarə armaturunun istehsalı 48,5%, ştanqlı quyu nasoslarının istehsalı 32,4% artıb.