Azərbaycana xaricdən 2,1 milyard dollar investisiya cəlb edilib - İlk yarımildə

  • 15 Sentyabr, 2020 15:56
Azərbaycana xaricdən 2,1 milyard dollar investisiya cəlb edilib - İlk yarımildə

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 2,1 mlrd. dollar həcmində birbaşa investisiya cəlb olunub.

Mərkəzi Bankdan “Finans.az”a verilən məlumatda bildirilir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz çoxdur:

"Ölkə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 84,4 faiz təşkil edib. Qeyri-neft sektoruna cəlb olunan birbaşa investisiyaların ümumi məbləği isə 328, 6 milyon dollar olub.