Azərbaycan vətəndaşlarına ƏDV-nin bir hissəsinin qaytarılması üçün əsasnamə hazırlanır

  • 16 Yanvar, 2020 13:13
Azərbaycan vətəndaşlarına ƏDV-nin bir hissəsinin qaytarılması üçün əsasnamə hazırlanır

Azərbaycanda vətəndaşlara əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin qaytarılması üçün əsasnamə ən geci yaxın 1 ay ərzində hazır olacaq.

“Finans.az” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev məlumat verib.

“Əgər hər hansı texniki problem yaranmasa, fevralın 1-nə qədər ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə hazırlanıb təqdim ediləcək”, - o deyib.

Nazir müavini həmçinin 2021-ci ilə qədər bütün ictimai iaşə müəssisələrində nəzarət-kassa aparatlarının quraşdırılacağını qeyd edib.


Mənbə: report.az