Azərbaycan və Yaponiya bərpa olunan enerji mənbələrinin inkişafını müzakirə edib

  • 17 Sentyabr, 2019 17:22
Azərbaycan və Yaponiya bərpa olunan enerji mənbələrinin inkişafını müzakirə edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiyanın İTOCHU Koorporasiyasının baş əməliyyat direktoru Hisato Okubo ilə görüş keçirilib.

"Finans.az" nazirliyə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan və Yaponiya arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı üçün əməkdaşlığın əsas hədəf və istiqamətləri müzakirə olunub.