Azərbaycan və Qazaxstan yükdaşıma həcminin artırılmasını müzakirə edib

  • 27 Fevral, 2019 16:11
Azərbaycan və Qazaxstan yükdaşıma həcminin artırılmasını müzakirə edib

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Qazaxstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Sauat Mınbayev arasında ikitərəfli görüş keçirilib.

QSC-dən “Finans.az”a verilən məlumata görə, sədr C.Qurbanov Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensialın mövcud olduğunu bildirib.

Görüşdə Azərbaycan və Qazaxstan dəmir yolları arasında yük daşınması həcminin artırılması məsələləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub.

S.Mınbayev Azərbaycan və Qazaxıstan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlığın gələcək perspektivləri haqqında danışıb.