Azərbaycan və Əfqanıstan birgə investisiya şirkəti yaradıb

  • 12 Fevral, 2019 13:46
Azərbaycan və Əfqanıstan birgə investisiya şirkəti yaradıb

Vergilər Nazirliyi fevralın 6-da “Əfqanıstan Azərbaycan Birgə İnvestisiya Şirkəti” MMC-ni dövlət qeydiyyatına alıb.

“Finans.az” xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 136/41, nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Əfqanıstan vətəndaşı Məhəmməd Cavad Pənahidir.


Mənbə: report.az