Azərbaycan Ukraynadan şəkər tozu idxal edən ölkələr siyahısında ilk 3-lükdədir

  • 15 Noyabr, 2018 10:00
Azərbaycan Ukraynadan şəkər tozu idxal edən ölkələr siyahısında ilk 3-lükdədir

Oktyabr ayında Ukraynada şəkər tozunun ixracı artıb.

“Finans.az” Ukrayna mediasına istinadən xəbər verir ki, şəkər tozunun 60%-i Özbəkistana, 22%-i isə Azərbaycana ixrac edilib.

Bundan başqa, ixrac edilən şəkər tozunun 5%-i Tacikistanın, 3%-i isə Moldova və Ermənistanın payına düşür. Ümumilikdə isə ötən ay ukraynalı istehsalçılar 58,3 min ton şəkər tozu ixrac edib ki, bu da sentyabr ayı ilə müqayisədə 5 dəfə çoxdur.

Mütəxəssislərin hesablamalarına görə, cari marketinq ili ərzində ümumilikdə 500-600 min ton şəkər tozu ixrac olunacaq ki, idxalçılar içərisində ilk 3 yeri Özbəkistan, Türkiyə və Azərbaycan tutacaq.