Azərbaycan Ukraynadan şəkər idxalında ikinci yeri tutub

  • 7 Oktyabr, 2019 13:17
Azərbaycan Ukraynadan şəkər idxalında ikinci yeri tutub

Azərbaycan 2018-2019 marketinq ilində Ukraynadan şəkər idxalında ikinci yeri tutub.

"Finans.az" xəbər verir ki, bu barədə "Ukrtsukor" assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Belə ki, 2018-ci ilin sentyabrından 2019-cu ilin avqust ayına qədər Ukrayna istehsalçıları Azərbaycana 74 min ton şəkər ixrac edib. Bu da əvvəlki ilin göstəricisi (43 min ton) ilə müqayisədə 72,1% çoxdur.

Bu müddət ərzində Ukrayna istehsalçıları, ümumilikdə, 144,3 milyon dollar dəyərində 409,8 min ton şəkər ixrac edib. Bu, ötən illə (564 min ton) müqayisədə 27% azdır.

Özbəkistan Ukraynadan şəkər idxalında lider olaraq qalır, sadəcə, bu ölkəyə daşımalar xeyli azalaraq 210 min tondan 96 min tona düşüb.

Üçüncü yerdə 36 min ton göstərici ilə Tacikistan qərarlaşıb.


Mənbə: report.az