Azərbaycan şərabları Çində təqdim olunub

  • 23 May, 2019 10:26
Azərbaycan şərabları Çində təqdim olunub

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların Çin bazarında ixracının artırılması məqsədi ilə Azərbaycanın ixrac missiyası Çinin Şanxay və Yivu şəhərlərində olub.

"Finans.az" bu barədə nazirliyə istinadən xəbər verir.

İxrac missiyasına qida, şərab və digər spirtli istehsalı ilə məşğul olan 17 Azərbaycan şirkəti daxil olub. İxrac missiyası çərçivəsində Çinin Yivu şəhərində Azərbaycanlı sahibkarlar Çindən olan iş adamları ilə ixraca dair müzakirələr aparıb, məhsullarının Çinə ixracına dair razılıqlar əldə edilib.

Şanxay şəhərində isə Çin Milli Qida və Fermentasiya Sənayesi Tədqiqatı İnstitutunun dəstəyi ilə Azərbaycan şərablarının dequstasiyası təşkil edilib, Çin dilində www.azerbaijanwine.cn elektron səhifənin təqdimatı keçirilib.