Azərbaycan-Rusiya İşgüzar Şurası ixracatçılarla görüşüb

  • 4 Oktyabr, 2018 16:56
Azərbaycan-Rusiya İşgüzar Şurası ixracatçılarla görüşüb

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən “Finans.az”a verilən məlumata görə, tədbirdəqida, kənd təsərrüfatı, sənaye, tikinti, logistika və digər sahələrdəfəaliyyət göstərən 40-a yaxın sahibkar və şirkət təmsilçisi iştirak edib.

Azərbaycan-Rusiya İşguzar Şurasının sədri Səməd Qurbanovçıxış edərək bildirib ki, bu iclas sentyabrın 27-də keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Forumu və Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclasının davamı olaraq keçirilib.

Bildirilib ki, Azərbaycan-Rusiya İşgüzar Şurasının ixracatçılarla bu görüşü hər iki ölkə iş adamlarıarasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin Azərbaycan məhsullarının Rusiya bazarına çıxarılması ilə bağlı sahibkarların müraciət və təkliflərini nəzərə alaraq təşkil olunub. Səməd Qurbanov vurğulayıb ki, Şura tərəfindən Azərbaycanlı ixaracatçılara öz məhsullarının Rusiya bazarında tanıdılması və satışının artırılması istiqamətində hər cür dəstək göstəriləcək.

Sondasahibkarlarınçıxışları dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb