Azərbaycan pullu yolların yaradılmasında Türkiyə ilə əməkdaşlıq edəcək

  • 8 iyul, 2021 11:21
Azərbaycan pullu yolların yaradılmasında Türkiyə ilə əməkdaşlıq edəcək

Azərbaycan Türkiyə ilə ödənişli avtomobil yollarının və müasir ödəniş sisteminin yaradılması sahəsində əməkdaşlıq edəcək.

“Finans.az” xəbər verir ki, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əks olunub.

Sənədə əsasən, fəaliyyətin icrasını Azərbaycan tərəfdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Türkiyə tərəfdən isə Nəqliyyat və İnfrastruktur Nazirliyi həyata keçirəcək.


Mənbə: report.az