Azərbaycan Özbəkistanda ən çox şirkət quran ölkələr sırasında ilk onluqdadır

  • 15 Yanvar, 2019 16:15
Azərbaycan Özbəkistanda ən çox şirkət quran ölkələr sırasında ilk onluqdadır

Azərbaycan Özbəkistanda ən çox şirkət təsis edən xarici ölkələr arasında ilk onluqdadır.

“Finans.az” xəbər verir ki, bu barədə Özbəkistan Dövlət Statistika Komitəsinin 2018-ci ildə xarici investorların sərmayəsi ilə qurulan şirkətlər haqqında yaydığı məlumatda bildirilir.

Məlumata görə, Azərbaycan bu ölkədə ən çox şirkət quran ölkələr sırasında 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahının birinci pilləsində Rusiya, ikinci pilləsində qardaş ölkə Türkiyə qərarlaşıb. İlk üçlüyün sonuncu hegemonu isə Çindir.