Azərbaycan ötən il Gürcüstana 2 mln. dollarlıq fındıq ixrac edib

  • 22 Yanvar, 2020 17:30
Azərbaycan ötən il Gürcüstana 2 mln. dollarlıq fındıq ixrac edib

2019-cu ildə Azərbaycan Gürcüstana 2 005,8 min ABŞ dolları dəyərində 355 ton fındıq ixrac edib.

"Finans.az" xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib. Bildirilib ki, ötən il ixrac edilən məhsulun həcmi əvvəlki illə müqayisədə 48%, dəyər ifadəsində isə 38,8% azdır.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Gürcüstana 3 274,8 min dollar dəyərində 683,8 ton fındıq ixrac edib.


Mənbə: apa.az