Azərbaycan 980 min ton neft məhsulları ixrac edib

  • 14 Yanvar, 2020 15:38
Azərbaycan 980 min ton neft məhsulları ixrac edib

2019-cu ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 979,718 min ton həcmində neft məhsulları ixrac edib.

“Finans.az” xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 462,790 mln. ABŞ dolları təşkil edib.

Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,36% olub. 2019-cu ildə ixrac edilən neft məhsullarının miqdarı 2018-ci ildən 3,5%, dəyəri isə 11% az olub.


Mənbə: report.az