Azərbaycan neftinin qiyməti 42 dollardan aşağı düşüb

  • 16 Oktyabr, 2020 10:24
Azərbaycan neftinin qiyməti 42 dollardan aşağı düşüb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,67 ABŞ dolları, yaxud 1,57% azalıb.

"Finans.az" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 41,90 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Mənbə: report.az