Azərbaycan nefti 4%-ə yaxın ucuzlaşıb

  • 21 Aprel, 2020 12:21
Azərbaycan nefti 4%-ə yaxın ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,85 ABŞ dolları, yaxud 3,84% artıb.

"Finans.az" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 21,30 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, indiyə qədər "Azeri LT CIF" neftinin minimal qiyməti aprelin 1-də (16,53 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.