Azərbaycan nefti 12%-dək bahalaşıb

  • 19 May, 2020 10:50
Azərbaycan nefti 12%-dək bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 3,85 ABŞ dolları, yaxud 11,75% artıb.

"Finans.az" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 36,62 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Mənbə: report.az