Azərbaycan nə qədər Rusiya istehsallı maşını alıb?

  • 15 Oktyabr, 2018 16:20
Azərbaycan nə qədər Rusiya istehsallı maşını alıb?

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 700 ədəd Rusiya istehsalı olan avtomobil idxal edib.

“Finans.az”ın “Avtostat” agentliyinə istinadən verdiyi məlumatına görə, Azərbaycan Rusiyadan ən çox avtobil idxal edən ölkələrin siyahısında dördüncü yeri tutur.

Məlumata görə, bu ilin 8 ayında Rusiya istehsalı olan ən çox avtomobil Çexiyaya ixrac edilib. Bu rəqəm 4 min avtomobil təşkil edir və ümumi avtomobil ixracının 23%-nə bərabərdir.

İkinci yeri 2 800 avtomobil idxalı ilə Ukrayna tutur. İlk üçlüyü isə Latviya qapayır. Bu Baltikyanı ölkə Şimal qonşumuzdan bu ilin 8 ayında 2 200 avtomobil idxal edib.

Azərbaycandan sonrakı beçinci yeri Özbəkistan tutur. Bu ölkə Rusiyadan 1 600 ədəd avtomobil idxal edib.

Ən çox idxal edilən avtomobil isə “AvtoVAZ” şirkəti tərəfindən istehsal edilən LADA 4x4 avtomobil olub. Belə avtomobillərin sayı isə 4 600 ədəd olub. İkinci yerdə 4 100 ədəd göstərici ilə “Skoda Octavia” modeli durur.

Liderlərin üçlüyünü 1 700 ədəd satışla “LADA Vesta” qapayır.Rusiyanın ən çox ixrac edilən avtomobillərin ilk beşliyinə “Volkswagen Polo” və “KIA Rio” avtomobilləri daxuildir. Belə ki, onların da ixracı müvafiq olaraq 1 300 769 ədəd təşkil edir.