Azərbaycan məhsulları Türkiyə bazarına güzəştli şərtlərlə çıxacaq

  • 19 Fevral, 2021 17:08
Azərbaycan məhsulları Türkiyə bazarına güzəştli şərtlərlə çıxacaq

"Türkiyə ilə Preferensial Ticarət Sazişinin martın 1-dən qüvvəyə minməsi iqtisadi-ticarət əlaqələrimizi daha da genişləndirəcək".

"Finans.az" xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayl Cabbarov "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.

"Saziş bir sıra məhsullarımızın Türkiyəyə güzəştli şərtlərlə - gömrük rüsumu ödəmədən ixracına imkan yaradacaq", - deyə o, qeyd edib.