Azərbaycan masaüstü kompüterləri kiberhücuma məruz qalan ölkələr - SİYAHISINDA

  • 8 Fevral, 2019 09:47
Azərbaycan masaüstü kompüterləri kiberhücuma məruz qalan ölkələr - SİYAHISINDA

Dünya ölkələrinin kibertəhlükəsizliyə görə reytinqi açıqlanıb.

“Finans.az” xarici mediaya istinaədn xəbər ervrirrk ki, İngiltərənin “Comparitech” şirkəti ölkələrin kibertəhlükəsizliklə bağlı vəziyyətini araşdırarkən onların arasında ən çox mobil təhdidlərə, birbaşa internetdən olan hücumlara, maliyyə hesablarına görə olan hücümlara görə təsnifatlandırıb.

Azərbaycan masaüstü kompüterlərə lizensiyasız yazılan proqramlara görə kiberhücumlara məruz qalan ölkələr arasında ilk beşlikdədir. Belə ki, Əlcəzair, Belarus, Ukraynanın ilk üçlüyə sahib olduğu bu siyahıda Azərbaycan dördüncü, İndoneziya isə beşincidir.

Mobil yükləmələrə görə kiberhücumlara məruz qalan ölkələr siyahısına isə Banqladeş liderlik edir. 5-liyi Nigeriya, İran, Tanzaniya və Çin tamamlayır.

Ümumlikdə kibertəhlükəsizliyi ən zəif vəziyyətdə olan ölkələr - Əcəzair, İndoneziya, Vyetnam, Tanzaniya, Özbəkistan, Banqaldeş, Pakistan, Belarus, İran və Ukraynadır.

Ən güclü kibertəhlükəsizliyə malik ölkələr isə Yaponiya, Fransa, Kanada, Danimarka və ABŞ-dır.