“Azərbaycan İnvestisiya Şirkəti” nizamnamə kapitalını artırıb

  • 18 İyun, 2019 16:25
“Azərbaycan İnvestisiya Şirkəti” nizamnamə kapitalını artırıb

İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) nizamnamə kapitalını 64 milyon manat və yaxud 40% artıraraq 160 milyon manatdan 224 milyon manata çatdırıb.

“Finans.az” bu barədə şirkətə istinadən xəbər verir.

Xatırladaq ki, AİŞ ölkə prezidentinin 30 mart 2006-cı il tarixli, "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" sərəncamı ilə yaradılıb. Şirkətin əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir.


Mənbə: report.az