Azərbaycan İnvestisiya Holdinqində yeni təyinatlar olub

  • 25 avqust, 2020 14:07
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinatlar olub

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının növbəti iclası keçirilib

“Finans.az” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsinə uyğun olaraq AİH-in İdarə Heyətinin sədri Mətin Eynullayevin təqdimatına əsasən, Müşahidə Şurası Rövşən Nəcəf, Azər Mursaqulov Ruslan Əlixanovun İdarə Heyətinin üzvləri təyin edilməsi barədə qərar qəbul edib.

Həmçinin Ruslan Əlixanov AİH-in Baş icraçı direktoru vəzifəsinə təyin edilib.