Azərbaycan helikopterləri Rusiyada təmir olunacaq

  • 8 İyul, 2019 12:59
Azərbaycan helikopterləri Rusiyada təmir olunacaq

Rusiyanın “Russian Helicopters” SC nümayəndələrinin bu il iyulun 2-5-da Azərbaycana səfəri zamanı “Mİ-8AMT” və “Mi-8MTV-1” tipli iki ədəd helikopterin təmiri haqqında müqavilə imzalanıb.

“Finans.az” xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyinin saytında qeyd olunub. Məlumata əsassən, tərəflər Azərbaycanda “SilkWay Helicopter Services” müəssisəsinin bazasında “Mi” tipli helikopterlərin servis mərkəzi yaratmaq istiqamətində addımlar atırlar.


Mənbə: report.az