Azərbaycan Gürcüstanın əsas neft bitumu tədarükçüsünə çevrilib

  • 14 Aprel, 2020 13:37
Azərbaycan Gürcüstanın əsas neft bitumu tədarükçüsünə çevrilib

Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 6 min ton neft bitumu idxal edib.

“Finans.az” xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

Hesabat dövründə Azərbaycanın qonşu ölkənin ümumi neft bitumu idxalındakı payı 42%-ə bərabər olub.

Təkcə mart ayında isə Gürcüstan Azərbaycandan 5,2 min ton neft bitumu tədarük edib. Azərbaycan qonşu ölkənin bu məhsula olan tələbatının 80%-ni təmin edib.

Yanvar-mart aylarında Gürcüstan 14,3 min ton neft bitumu alıb ki, bu da illik müqayisədə 4,9 min ton və yaxud 25,5% azdır.

Qeyd edək ki, bu vaxta qədər İran Gürcüstanın əsas neft bitumu tədarükçüsü olub. Lakin koronavirus pandemiyasına görə İrandan bu məhsulun Gürcüstana idxalına qadağa qoyulub. Buna görə də Azərbaycan İranı əvəzləyərək Gürcüstanın əsas neft bitumu idxalçısına çevrilib.


Mənbə: report.az