Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub

  • 18 Sentyabr, 2020 15:30
Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub

Bu ilin yanvar-avqust aylarında Gürcüstan 835,2 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.

“Finans.az” xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun hesabatında bildirilir.

İdxalın 448,7 milyon milyon kilovatt/saatını və yaxud 54%-ni Azərbaycan təmin edib.

Yanvar-avqustda Gürcüstanın II əsas elektrik enerjisi tədarükçüsü 386,5 milyon kilovatt/saatla Rusiya olub.

Hesabat dövründə qonşu ölkədə elektrik enerjisinin istehlak həcmi 8 275,8 milyon kilovatt/saata, istehsal həcmi isə 7636,3 milyon kilovatt/saata bərabər olub.


Mənbə: report.az