Azərbaycan Gürcüstanın 4-cü ən iri neft məhsulları ixracatçısıdır

  • 11 Sentyabr, 2018 15:39
Azərbaycan Gürcüstanın 4-cü ən iri neft məhsulları ixracatçısıdır

Bu ilin avqust ayında Gürcüstan 107 500 ton benzin və dizel idxal edib ki, bu da iyul ayı ilə müqayisədə 1 500 ton az, ötən ilin avqust ayı ilə müqayisədə isə 6500 ton çoxdur.

“Finans.az”ın Gürcüstanın Neft Məhsulları İdxalçıları Assosiasiyasına istinadən verdiyi məlumata görə, hesabat dövründə benzinin idxalı 57 600 ton olub ki, bu da 2017-ci ilin avqust ayı ilə müqayisədə 9300 ton çoxdur. Dizel idxalı isə 49 900 ton təşkil edib ki, bu da 2017-ci ilin avqust ayı ilə müqayisədə 10 700 ton azdır.

Ümumilikdə, 2018-ci ilin yanvar-avqust aylarında Gürcüstana 733 300 ton neft məhsulları idxal edilib ki, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 56 100 ton çoxdur. Bu müddət ərzində benzinin idxalı 362 600 ton, dizelin idxalı isə 370 600 ton təşkil edib.
2018-ci ilin avqust ayında Gürcüstanın ən iri neft məhsulları tədarükçüsü Rusiya olub. Bu ölkə 31 400 neft məhsulu ixrac edib ki, bu da ümumi idxalın 29,2%-ni təşkil edir. Sonrakı yeri 24 400 to ilə Rumıniya tutur ki, bu da ümumi idxalın 22,7%-nə bərabərdir. Ötən ay Türkmənistandan Gürcüstana 17 000 ton (15,9%), Bolqarıstan 14000 ton (13%), Azərbaycan 13 700 ton (12,8%) və Yunanıstan 6 800 ton, ümumi məhsulun 6,3%-ni təşkil edib.

2018-ci ilin səkkiz ayının nəticələrinə əsasən, Gürcüstanın ən iri yanacaq tədarükcüsü Rusiya olub. Bu ölkə 191 400 ton və ya ümumi idxalın 26,1%-ni təmin edib. Sonrakkı yerləri Rumıniya 187 000 ton və ya 25,5%, Türkmənistan 122 900 və ya 16,8%, Azərbaycan 106 800 ton və ya 14,6%, Bolqarıstan 80 300 və ya 10,9%, həmçinin Yunanıstan 44 600 ton və ya 6,1% ümumi idxalı payı ilə tuturlar.

Məlumatlar göstərir ki, benzin və dizelin qiymətinin rekord həddə artmasına baxmayaraq, Gürüstanda neft məhsullarının idxalı və tədarükü hələ də yüksək səviyyədə olaraq qalır. Bu, ilk növbədə hibrik avtomobillərinin idxalının kəskin artmasına baxmayaraq, avtomobillərinin sayının artımı ilə bağlıdır.

Bundan başqa, tranzit daşımaları artıb, turistlərin sayı artıb. Bun ların arasında ölkə ərazisində öz avtomobilləri, həmçinin avtobus və marşrut nəqliyyatrı ilə hərəkət edənlər də var. Yanacaq istehlakınının artımına həmçinin müxtəlif infrastruktur layihələrinin avtivləşməsi də təsir edir.