Azərbaycan Gürcüstandan minik avtomobillərinin idxalını 16% artırıb

  • 29 Oktyabr, 2020 10:28
Azərbaycan Gürcüstandan minik avtomobillərinin idxalını 16% artırıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 17 602 ədəd minik avtomobili ixrac olunub.

"Finans.az" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 15,8% çoxdur.

Doqquz aylıq ixracın dəyəri 178,2 milyon ABŞ dolları təşkil edib. Bu isə illik müqayisədə 4,5% çoxdur.


Mənbə: report.az