Azərbaycan Gürcüstandan 15 minə yaxın avtomobil idxal edib - CARİ İLDƏ

  • 23 Sentyabr, 2020 16:59
Azərbaycan Gürcüstandan 15 minə yaxın avtomobil idxal edib - CARİ İLDƏ

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 14 989 ədəd minik avtomobili idxal edib.

"Finans.az" xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Qonşu ölkədən Azərbaycana ixrac olunan maşınların ümumi dəyəri 156,1 milyon ABŞ dolları olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 065 ədəd və yaxud 16% artırıb.


Mənbə: report.az