Azərbaycan Gürcüstana qaz ixracını artırıb

  • 19 Mart, 2019 17:10
Azərbaycan Gürcüstana qaz ixracını artırıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 486 014 kub metr təbii qaz idxal edib.

“Finans.az” xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qonşu ölkənin Azərbaycandan idxal etdiyi təbii qazın ümumi dəyəri 83 mln. 871,9 min dollar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkəyə ixrac olunmuş qaz həcm baxımından 31 774 kub metr və ya 6,9%, məbləğ baxımından isə 3 mln. 177,8 min dollar və ya 3,9% çoxdur.

2018-ci ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan ümumi dəyəri 80 mln. 694,1 min dollar olan 454 240 kub metr qaz idxal edib.


Mənbə: report.az