Azərbaycan Fransaya şərab ixrac edə bilər

  • 11 İyul, 2019 12:20
Azərbaycan Fransaya şərab ixrac edə bilər

“Azərbaycanda şərabçılıq sahəsində böyük potensialı mövcuddur”.

"Finans.az" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda Fransız Şirkətlər Birliyinin (MEDEF) prezidenti Jofrua De Bezyo bildirib.

O, Azərbaycan şərablarının Fransaya ixrac edilməsinin vacibliyini qeyd edib: “Azərbaycan şərabları rəqabətqabiliyyətlidir”.

J.De Bezyo həmçinin Azərbaycanın böyük turizm potensialının olduğunu deyərək bu potensialdan Fransa şirkətlərini yararlanmağa çağırıb.


Mənbə: report.az