“Azərbaycan Dəmir Yolları” QSC qatar qəzası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

  • 2 Dekabr, 2019 17:03
“Azərbaycan Dəmir Yolları” QSC qatar qəzası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Bakı-Pirşağı dəmir yolu xəttində qatar qəzası baş verməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

“Report”un xəbərinə görə, N.Bayramova bildirib ki, hadisə ötən həftə sınaq işləri zamanı baş verib:

“Hazırda həmin yolda hərəkət davam etdirilir, bu gün həmin yolla sərnişin daşınması işi həyata keçirilib. Yenidənqurmadan sonra bu gün əhalinin istifadəsinə verilmiş Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xətti ilə bağlı belə bir xəbərin gündəmə gətirilməsi belə bir layihəyə kölgə salmaq cəhdidir. Mən belə bir layihə ilə bağlı bu cür qərəzli informasiya verilməsindən çox təəssüflənirəm”.


Mənbə: report.az