Azərbaycan Dəmir Yolları məsləhət xidmətlərinə görə bu şirkətə 8,3 milyon avro ödəyəcək

  • 14 May, 2019 14:52
Azərbaycan Dəmir Yolları məsləhət xidmətlərinə görə bu şirkətə 8,3 milyon avro ödəyəcək

Azərbaycan Dəmir Yolları QSC Bakı-Böyük Kəsik dəhlizi boyunca yeni enerji təchizat sisteminə keçid, işarəvermə sisteminin yenilənməsi və elektrik lokomotivlərinin alınmasına Texniki Nəzarət üzrə Məsləhət Xidmətlərinin satınalınması ilə əlaqədar "JV TPF Getinsa Euroestudios - Auxitec Tecnica Y Control" birgə müəssisəsi ilə müqavilə imzalayıb.

“Finans.az” rəsmi məlumata istinadən xəbər verir ki, qurum bu xidmətlərin müqabilində qalib təşkilata 8 260 743,40 avro və 236 000,00 ABŞ dolları ödəyəcək.