Azərbaycan dekabrda Türkiyəyə təbii qaz nəqlini 19% artırıb

  • 24 Fevral, 2021 12:30
Azərbaycan dekabrda Türkiyəyə təbii qaz nəqlini 19% artırıb

2020-ci ilin dekabr ayında Azərbaycandan Türkiyəyə 1 102 milyon kubmetr təbii qaz ixrac edilib.

“Finans.az” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında bildirilir.

Məlumata görə, bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18,9 % çoxdur.

Hesabat ayında Azərbaycan Türkiyənin ümumi qaz idxalında II yerdə qərarlaşıb. I yeri 2 948 milyon kubmetrlik göstərici ilə Rusiya tutub, III yeri isə 818 milyon kubmetrlik göstərici ilə İran tutub. Bu ölkələr Türkiyəyə "mavi yanacaq" ixracını illik müqayisədə müvafiq olaraq 56,4% artırıb və 4% azaldıb.

Hesabat dövründə Türkiyənin idxal etdiyi qazın həcmi isə 15,6% artaraq 6 260 milyon kubmetrə çatıb. Bunun 4 861 milyon kubmetri boru kəmərləri ilə nəql edilib ki, bu da illik müqayisədə 32,9% çoxdur.


Mənbə: report.az