Azərbaycan Cənubi Koreyaya arıçılıq məhsulları ixrac edəcək

  • 27 Avqust, 2019 16:04
Azərbaycan Cənubi Koreyaya arıçılıq məhsulları ixrac edəcək

Azərbaycanın arıçılıqla məşğul olan “Kercom” şirkəti öz məhsullarının ixrac coğrafiyasını genişləndirməyi planlaşdırır.

"Finans.az" xəbər verir ki, bu barərdə şirkətdən bildiriblər.

Məlumata görə, şirkət Cənubi Koreyaya ixrac imkanlarını nəzərdən keçirir:

“Bu günədək şirkət Səudiyyə Ərəbistanına ixrac təşkil edib. Biz, həmçinin Yaponiya və Cənubi Koreyaya ixracatı nəzərdən keçiririk. Hazırda bu ölkələrdə müştəri axtarırıq. Şirkət ildə 25 ton arıçılıq məhsulu istehsal edir, ilin sonunadək göstəricilərin artırılması planlaşdırılır. Ümumi istehsal həcminin 8-10 tonu balın, digər hissəsi isə arı südü, propolis, gül tozcuğu və digər növ məhsulların payına düşür. Daxili bazarda bir kiloqram balın qiyməti 30-35 manat təşkil edir”.


Mənbə: az.trend.az