Azərbaycan bu ilin ilk 5 ayında neft məhsullarının ixracından 220 mln. dollar gəlir əldə edib

  • 15 İyun, 2019 11:50
Azərbaycan bu ilin ilk 5 ayında neft məhsullarının ixracından 220 mln. dollar gəlir əldə edib

Bu ilin yanvar-may ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 219,985 mln. ABŞ dolları dəyərində 436 224 ton həcmində neft məhsulları ixrac edib.

“Finans.az” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 17,8%15,8%azdır.

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,55% olub.


Mənbə: report.az