Azərbaycan bu il 68 mln. dollarlıq gübrə idxal edib

  • 19 Sentyabr, 2020 13:12
Azərbaycan bu il 68 mln. dollarlıq gübrə idxal edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 68,04 mln. ABŞ dolları dəyərində 236 088,82 ton gübrə idxal edib.

Dövlət Gömrük Komitəsindən "Finans.az"a verilən məlumata görə, bu ötən ilin səkkiz ayı ilə müqayisədə dəyər ifadəsində 21,9%, həcm ifadəsində isə 5,4% azdır.

Təkcə bu ilin avqust ayı ərzində ölkə 10,69 mln. dollar dəyərində 37 245,71 ton gübrə idxal edib ki, bu da iyul ayı ilə müqayisədə dəyər ifadəsində 39,3%, həcm ifadəsində isə 45,3% artıb.

Qeyd edək ki, hesabat dövründə gübrə idxalının ümumi idxalda payı 1% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,1 faiz bəndi çoxdur.


Mənbə: apa.az