Azərbaycan BOKT-larından 15 milyon manata yaxın xalis mənfəət

  • 7 Fevral, 2020 14:08
Azərbaycan BOKT-larından 15 milyon manata yaxın xalis mənfəət

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) ötən ili 14,8 milyon manat xalis mənfəətlə başa vurub.

“Finans.az" xəbər verir ki, il ərzində BOKT-ların əməliyyat gəlirləri 68,2 milyon manat, əməliyyat xərcləri 52,1 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 0,4 milyon manat, gözlənilməz gəlirləri 1 milyon manat, mənfəət vergisi ödəmələri isə 2,7 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə BOKT-ların aktivləri 342,6 milyon manat olub ki, bunun da 238,4 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Ötən ilin sonuna BOKT-lar 201,4 milyon manat öhdəliklərə, 141,2 milyon manat balans kapitalına malik olub.


Mənbə: report.az