“Azərbaycan Beynəlxalq Bankı”nda dövlətin payı 100%-ə yaxınlaşıb

  • 12 Oktyabr, 2020 17:32
“Azərbaycan Beynəlxalq Bankı”nda dövlətin payı 100%-ə yaxınlaşıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının pay bölgüsü dəyişib.

“Finans.az” bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, indiyə qədər ABB-nin səhmlərinin 91,4%-nə nəzarət edən Maliyyə Nazirliyi payını 95,59%-ə, 3,76%-nə nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti payını 3,93%-ə, 0,13%-nə nəzarət edən “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı payını 0,14%-ə çatdırıb.

Bununla da, Bankda dövlətin payı 99,66%-ə çatıb. Əvəzində fiziki və hüquqi şəxslərin payı 4,71%-dən 0,34%-ə düşüb.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 milyon manatdır.


Mənbə: report.az