Azərbaycan BƏƏ və Səudiyyə Ərəbistanı şirkətləri ilə müqavilə imzalayacaq

  • 9 Yanvar, 2020 12:00
Azərbaycan BƏƏ və Səudiyyə Ərəbistanı şirkətləri ilə müqavilə imzalayacaq

Bu gün Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin icrası ilə əlaqədar Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının şirkəti arasında icra müqavilələri imzalanacaq.

“Finans.az” xəbər verir ki, Energetika nazirinin müşaviri Zəminə Əliyeva adıçəkilən müqavilələrin BƏƏ-nin “Masdar”, Səudiyyə Ərəbistanının isə “Acwa Power” şirkətləri ilə imzalanacağını bildirib.

“Ümumilikdə 7 şirkətin qatıldığı seçim prosesi 3 mərhələdən ibarət olub. Ən əlverişli şərtləri təklif etdiklərinə görə, adıçəkilən şirkətlər seçilib. Bu müqavilələrdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələr - 440 MVt-lıq layihələrin icrası nəzərdə tutulub. Belə ki, “Masdar” şirkəti 200 MVt-lıq günəş, “Acwa Power” isə 240 MVt-lıq külək elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı layihənin icrasını həyata keçirəcək”, - Z.Əliyeva əlavə edib.


Mənbə: report.az