Azərbaycan banklarına əmanət qoyuluşu artıb

Bu il fevralın 1-nə Azərbaycan banklarına əmanət qoyuluşu 8 202,9 milyon manat təşkil edib.
"Finans.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 0,3 % çoxdur.
Bununla belə, banklara əmanət qoyuluşu ötən il fevralın 1-nə nisbətən 4,5 % azalıb.
Mənbə: report.az