Azərbaycan alternativ enerji istehsalını artırıb

  • 17 fevral, 2021 12:21
Azərbaycan alternativ enerji istehsalını artırıb

Bu ilin yanvar ayında Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri vasitəsi ilə 30,19 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 0,6 mln. kVt-saat çoxdur.

Energetika Nazirliyindən “Finans.az”a verilən məlumata görə, hesabat dövründə Külək Elektrik Stansiyalarında 9,39 mln. kVt-saat, Günəş Elektrik Stansiyalarında isə 2,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Məlumata görə, yanvar ayında Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 18,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.