Azərbaycan 37 mln. dollarlıq meşə fındığı ixrac edib - Bu il

  • 17 Aprel, 2020 15:55
Azərbaycan 37 mln. dollarlıq meşə fındığı ixrac edib - Bu il

2020-ci ilin yanvar-mart ayılarında Azərbaycan 36,9 mln. ABŞ dollar məbləğində 6 007,5 ton meşə fındığı ixrac edib.

"Finans.az"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% azdır.

Qeyd edək ki, bu ilin hesabat dövründə meşə fındığı ixracının ümumi ixracda payı 2019-cu ilin analoji dövrü ilə müqayisədə dəyişməz olaraq 0,9% səviyyəsində qalıb.


Mənbə: apa.az