“AZENCO”nun rəhbərliyi dəyişəcək

  • 10 İyun, 2019 09:29
“AZENCO”nun rəhbərliyi dəyişəcək

Azərbaycan Respublikası Mülki Məcəlləsinə və “AZENCO” ASC-nin nizamnaməsinə müvafiq olaraq “AZENCO” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Finans.az" xəbər verir ki, yığıncaq 2019-cu il iyulun 12-də baş tutacaq.

Yığıncağın gündəliyi:

1. Cəmiyyətin idarə heyətinin illik hesabatı.

2. Cəmiyyətin illik hesabatının (balansının) təsdiqi.

3. Cəmiyyətin müşahidə şurasının hesabatı.

4. Cəmiyyətin maliyyə-təftiş komissiyasının hesabatı.

5. Cəmiyyətin idarə heyətinin, müşahidə şurasının və maliyyə-təftiş komissiyasının yeni tərkiblərinin seçilməsi.

6. Cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsi.

7. Cəmiyyətin maliyyə nəticələrinin müzakirəsi.

8. Cari məsələlər.

Yığıncaq Mingəçevir şəhəri, Dövlət Dram Teatrının binasında 2019-cu il iyulun 12-si saat 14.00-da öz işinə başlayacaq. Ünvan – Mingəçevir şəhəri, M.Füzuli küçəsi 29/16. Əlaqə telefonları – 012 424 75 66, 0147 4 32 02.