AZAL Rusiyanın Dövlət Korporasiyası ilə anlaşdı

  • 18 Fevral, 2020 15:55
AZAL Rusiyanın Dövlət Korporasiyası ilə anlaşdı

Bu gün "Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" FDUM-in baş direktoru İqor Moiseyenkonun başçılıq etdiyi heyətin Bakıya səfəri baş tutub.

“Finans.az” xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) məlumat verib.

Səfər çərçivəsində Rusiya nümayəndə heyəti həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyevlə görüş keçirib. İkitərəfli əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə "Azəraeronaviqasiya" HHİ-nin və Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" FDUM-in rəhbərləri əməkdaşlıq haqqında memorandum imzalayıblar.