AZAL Bakıdan Dehliyə birbaşa uçuşlara başlayır

  • 11 İyun, 2019 11:05
AZAL Bakıdan Dehliyə birbaşa uçuşlara başlayır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 25-dən Bakıdan Hindistanın paytaxtı Dehliyə müntəzəm və çarter reysləri həyata keçirəcək.

“Finans.az” AZAL-a istinadən xəbər verir ki, uçuşlar hər həftənin çərşənbə axşamı günü ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə yerinə yetiriləcək.

Bu ilin payızından isə aviareyslərin sayı həftədə iki dəfə olacaq.