Avtovağzal gücləndirilmiş iş rejiminin müddətini uzatdı: Yalnız bu səfərlərə şamil olunacaq

  • 15 Mart, 2019 12:42
Avtovağzal gücləndirilmiş iş rejiminin müddətini uzatdı: Yalnız bu səfərlərə şamil olunacaq

62 avtovağzal və avtostansiya kompleksində gücləndirilmiş iş rejimi uzadılaraq martın 30-na qədər davam edəcək.

"Finans.az" xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, bu qərar Novruz bayramını regionlarda ayın sonuna qədər qeyd etmək istəyən sərnişinlərin rahatlığını təmin etmək üçün nəzərdə tutulub və regionlardan paytaxta ediləcək səfərlərə şamil olunacaq.

Qeyd edək ki, ötən günlərdə BBAK-ın Novruz bayramı ilə əlaqədar martın 15-dən 27-nə qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyi deyilmişdi.