Avtomobillərin texniki baxışına görə dövlət rüsumu artırılır - MƏBLƏĞ

  • 23 Sentyabr, 2019 13:48
Avtomobillərin texniki baxışına görə dövlət rüsumu artırılır - MƏBLƏĞ

Azərbaycanda nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılır.

"Finans.az" xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 30 manat müəyyən edilib. Hazırda bu rüsum 20 manatdır.


Mənbə: report.az