Avtomobil istehsalı xeyli azalıb - Azərbaycanda

  • 16 aprel, 2021 15:27
Avtomobil istehsalı xeyli azalıb - Azərbaycanda

Cari ilin yanvar-mart aylarında Azərbaycanda 408 minik avtomobili istehsal olunub.

"Finans.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstərici ilə müqayisədə 39,3% azdır. Hesabat dövründə ölkədə 90 traktor istehsal olunub. Aprelin birinə anbarlarda 267 minik avtomobili və 89 traktor ehtiyyatı olub.

Xatırladaq ki, ötən il Azərbaycanda 1949 minik avtomobili və 300 traktor istehsal edilib.