Avtomobil bazarında qiymətlər necədir? - VİDEOREPORTAJ

  • 4 Oktyabr, 2019 13:42
Avtomobil bazarında qiymətlər necədir? - VİDEOREPORTAJ

Azərbaycanda avtomobil bazarında durğunluq davam edir.

"Finans.az" xəbər verir ki, bu barədə Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında aparılan araşdırmadan məlum olub.

Bazardakı alıclıarın əksəriyyəti ucuz qiymətə olan avtomobillər və "Mercedes" modelləri axtardıqlarını bildiriblər.

Elə satıcılar da bazarda daha çox Rusiya istehsalı olan avtomobillərin və qiyməti 12-13 min manatdan aşağı olan "inomarka"ların satıldığını qeyd ediblər. Bildirilib ki, "İnomarka"ların içində daha çox tələbat qiyməti 8-9 min manat olan və 1994-1995-ci illərdə istehsal edilmiş "Mercedes" modelləridir.

Satıcıların sözlərinə görə bazarda uzun müddətdir alıcı qıtlığı yaşanır. Alıcıların isə şikayəti qiymətlərin xeyli baha olmasındandır.



Mənbə: report.az